SİYASƏT


Brüsseldə Anım Günü münasibətilə tədbir keçirilib

Brüssel, 29 sentyabr, AZƏRTAC

Azərbaycanın Belçikadakı səfirliyində 44 günlük Vətən müharibəsinin başlamasının ildönümü və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş əsgər və zabitlərimizin, habelə mülki şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən səfir Vaqif Sadıqov uzun illər ərzində işğal altında saxlanılmış ərazilərimizin 44 gün davam edən Vətən müharibəsi nəticəsində azad edilməsindən sonra burada həyata keçirilən geniş miqyaslı bərpa və yenidənqurma işlərindən bəhs edib.

Səfir 27 sentyabr - Anım Gününün ölkəmizin tarixində xüsusi yer tutduğunu vurğulayaraq, şəhid olmuş əsgərlərimizin tarixə öz adlarını yazdığını və Vətən uğrunda canından keçmiş qəhrəman övladların ruhu qarşısında baş əydiyini bildirib, onlara Allahdan rəhmət diləyib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.