İDMAN


“Qəbələ” klubu kikboksçu Alim Nəbiyevlə müqaviləni uzadıb

Bakı, 29 sentyabr, AZƏRTAC

“Qəbələ” idman klubu və kikboksçu Alim Nəbiyev arasında müqavilə uzadılıb. İyirmi səkkiz yaşlı idmançı ilə yeni anlaşma bir ili əhatə edir.

AZƏRTAC xəbər verir ki, imzalanma mərasimindən sonra klubun prezidenti Fariz Nəcəfov kikboksçu ilə görüşüb. Tədbirdə A.Nəbiyevin son döyüşü barədə fikir mübadiləsi aparılıb. Klub prezidenti Bakıda təşkil olunan Zabit Səmədovun vida döyüş gecəsində rumıniyalı Andrey Ostrovyanuya qalib gələn idmançını qələbə münasibətilə təbrik edib.

Klub prezidentinə A.Nəbiyevin növbəti sınağı barədə məlumat verilib. F.Nəcəfov noyabrın 19-da “Qlory82” çərçivəsində baş tutacaq qarşılaşmada idmançıya uğurlar arzulayıb. Titul döyüşündə Endi Semeleyerlə üz-üzə gələcək kikboksçumuz göstərilən dəstək üçün “Qəbələ” idman klubuna təşəkkür edib, bundan sonra da bütün döyüşlərə qələbə və Azərbaycan bayrağını zirvələrdə dalğalandırmaq üçün çıxacağını bildirib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.