DÜNYA


Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

İstanbul, 29 sentyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, danışıq əsnasında Prezident Ərdoğan uzun müddətdir üzərində çalışdıqları Rusiya-Ukrayna əsir mübadiləsinin uğurla başa çatmasından və Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə hazırladıqları İstanbul sazişinin fəaliyyətindən məmnunluğunu ifadə edib.

Noyabrda başa çatacaq razılaşmanın uzadılmasının ortaq maraq dairəsi daxilində olduğunu bildirən Türkiyə Prezidenti, Rusiya gübrələrinin və taxıl məhsullarının fasiləsiz ixracı üzərində də işləri davam etdirdiklərini bildirdi.

Türkiyə Prezident daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasına ehtiyac olduğunu, Rusiyanın bu prosesi asanlaşdıracaq addımlar atmasının gözlənildiyini bildirib.

Prezident Putindən danışıqlara daha bir şans verilməsini istəyən Rəcəb Tayyib Ərdoğan bu prosesdə yardımçı rol oynamağa hazır olduqlarını qeyd edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.