DÜNYA


Bosniya və Herseqovinanın əhalisi 2013-cü ildən bəri 1 milyon nəfər azalıb

Sarayevo, 30 sentyabr, AZƏRTAC

Bosniya və Herseqovinanın əhalisi 2013-cü ildən bəri 1 milyon nəfər azalıb.

AZƏRTAC xəbər verir ki, ölkədə 2013-cü ildə keçirilən son siyahıyaalmanın nəticələrinə əsasən, əhalinin sayı 3 milyon 531 min nəfər olub.

Mütəxəssislər 1996-cı ildən bəri Bosniya və Herseqovinada doğulan və ölənlərin sayına əsaslanaraq təbii artımın mənfi olduğunu və ölümlərin isə daha çox artdığını qeyd edirlər. Hesablamalar göstərir ki, əvvəlki siyahıyaalma ilə müqayisədə ölkə əhalisinin sayında təxminən bir milyon nəfər azalma var.

Qeyd edək ki, Bosniya və Herseqovinada gələn il siyahıyaalmanın keçirilməsi gözlənilmir. Ölkədə sonuncu siyahıyaalma ilə daha əvvəlki siyahıyaalma arasında isə 22 il vaxt olub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.