İDMAN
Almaniya və Malta U-19 Avropa çempionatında debüt edəcəklər
Bakı, 30 sentyabr, AZƏRTAC
2023-cü ildə keçiriləcək 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələlərinin püşkü noyabrın 3-də atılacaq.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bu dəfə yarışda rekord sayda – 36 komanda iştirak edəcək. Onlardan meydan sahibi olacaq Xorvatiya yığması mübarizəyə final mərhələsindən qoşulacaq. Qalan 35 komanda reytinqə uyğun olaraq ilkin və əsas mərhələdə gücünü sınayacaq. Debütantlar isə Almaniya və Maltadır. İngiltərə, Kosovo və Litva isə AVRO-2019-da iştirak etsə də, bu il təşkil olunan qitə birinciliyinə qatılmamışdı. Onlar yenidən iştirak edəcəklər.
İlkin mərhələnin oyunları gələn il yanvarın 17-dən 22-dək, əsas mərhələnin matçları isə martın 21-dən 26-dək keçiriləcək. Yekunda 7 komanda meydan sahibi Xorvatiyaya qoşulacaq və final mərhələsi gələn il sentyabrın 3-10-da təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]