REGİONLAR


Ümumdünya Şahmat Olimpiadasında ilk gedişlər edilib

Naxçıvan, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 2-də Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasına start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ilk turda qarşılaşan İran və Özbəkistan komandalarının oyununda şahmat taxtası üzərində ilk rəmzi gedişləri Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbovla FİDE-nin prezidenti Arkadi Dvorkoviç, “Azərbaycan-Naxçıvan” - Kuba komandalarının oyununda isə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovla Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov ediblər.

Naxçıvan Şahmat Mərkəzində keçirilən bu nüfuzlu yarışda ölkəmiz 5 komanda – “Azərbaycan-1”, “Azərbaycan-2”, “Azərbaycan-3”, “Azərbaycan-4” və “Azərbaycan-Naxçıvan” ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.