CƏMİYYƏT


YAP Nəsimi rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirib

Bakı, 2 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüşü giriş nitqi ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının qarşıdan gələn 30 illik yubileyi ilə əlaqədar məsələləri qeyd edib. O deyib: “Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi”.

Azər Süleymanov xalqımızın daim dövlətimizin başçısının ətrafında sıx birləşdiyini vurğulayıb. Bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapıb. Qeyd edilib ki, məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub.

Rayon təşkilatının sədri çıxışının sonunda ərazi partiya təşkilatlarına tapşırıq və tövsiyələrini verib. Onları daha da fəal olmağa, rayon təşkilatının fəaliyyətində yaxından iştirak etməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.