İDMAN


Veteran futbolçular ahıllarla görüşüblər

Bakı, 3 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial xidmət müəssisəsində Ahıllar Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, tədbirdə veteran futbolçular Maşallah Əhmədov, Asim Xudiyev, Rafiq Mirzəyev, Şahin Diniyev və Asif Əliyev iştirak ediblər.

Görüş zamanı veteran futbolçular karyeraları ərzində qarşılaşdıqları maraqlı əhvalatlar barədə danışıb, keçmiş günləri xatırlayıb, görüş iştirakçılarına öz bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.