CƏMİYYƏT


Almaniyanın Hannover şəhərində şəhidlərimiz yad edilib

Bakı, 4 oktyabr, AZƏRTAC

Almaniyanın Hannover şəhərində ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı uğrunda canlarından keçən şəhidlərimizin anım mərasimini keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Bakı” Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə azərbaycanlı xanımlar bir araya gəliblər. Tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.

Tədbirdə çıxış edən “Bakı” cəmiyyətinin sədri Rəbiyyə Nəbiyeva Ermənistanın ölkəmizlə dövlət sərhədində törətdiyi son təxribatları hiddətlə pisləyib. Soydaşımız beynəlxalq birliyi Ermənistanın azərbaycanlı əsgərlərin və zabitlərin həyatının itirilməsinə gətirib çıxaran hərbi təxribatlarına son qoymağa, rəsmi İrəvanı sülhə sövq etmək naminə qətiyyətli addımlar atmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.