CƏMİYYƏT
“İnformasiya müharibəsi - rəqəmsal dünyanın reallığı" adlı layihənin növbəti təlimi
Bakı, 4 oktyabr, AZƏRTAC
"Davam" Gənclər Hərəkatı tərəfindən həyata keçirilən "İnfomüharibə ayı" çərçivəsində "İnformasiya müharibəsi - rəqəmsal dünyanın reallığı" adlı layihənin növbəti təlimi Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Azxeber.com” İnformasiya Portalının baş redaktoru, ekspert Hacıbəy Heydərli tərəfindən keçirilib.
"Davam" Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, təlim zamanı mövzu ilə bağlı gənclərə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə icra edilir.