SİYASƏT


Leyla Abdullayeva Edilli kəndində aşkarlanan daha bir kütləvi məzarlıqla bağlı paylaşım edib

Bakı, 4 oktyabr, AZƏRTAC

Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir: “12 hərbçinin cəsədlərinin qalıqları aşkarlanıb. Hərbi cinayətlər haqqında danışanların diqqətinə: Birinci Qarabağ müharibəsi dövründə 4000 azərbaycanlı itkin düşüb, onların əksəriyyətinə işgəncə verilib, öldürülüb və kütləvi qəbiristanlıqda dəfn edilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.