CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Akademiyanın rəisi general-mayor Baba Salayev ali təhsil ocağının pedaqoji heyətini əlamətdar gün münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Müəllimlik peşəsinin nüfuzundan söz açan B.Salayev qeyd edib ki, müəllim hər şeydən əvvəl savad və dünyagörüşü ilə böyük bir nəsil tərbiyə edir. Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır” kəlamını xatırladan rəis B.Salayev müəllim əməyinin əhəmiyyətindən danışıb, Prezident İlham Əliyevin də Ulu Öndərin müdrik siyasətini davam etdirərək təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.

Akademiyanın Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri kafedrasının baş müəllimi baş leytenant Aysel Süleymanova Beynəlxalq Müəllimlər Günü ilə bağlı çıxış edib. O, bu əlamətdar günün əhəmiyyətindən danışıb.

Sonra bir qrup professor və müəllim təhsil sahəsində uğurlu fəaliyyətlərinə görə Beynəlxalq Müəllimlər Günü münasibətilə FHN-in Akademiyasının rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub.

Sonda Akademiyada işə qəbul edilən gənc müəllimlərin andiçmə mərasimi olub.

Gənc müəllimlər Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq təntənəli surətdə and içib və andiçmənin yazılı mətnini imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.