DÜNYA


İranda güclü zəlzələ olub

Tehran, 5 oktyabr, AZƏRTAC

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerin 84 kilometr dərinliyində olub.

AZƏRTAC İran mətbuatına istinadla xəbər verir ki, zəlzələ nəticəsində vilayətdə 200-dən çox binaya zərər dəyib. Bəzi evlər tamamilə dağılıb. Ölənlər haqqında hələlik məlumat yoxdur. Lakin 400-dən çox adamın müxtəlif dərəcədə xəsarət aldığı bildirilir.

Hadisə yerinə Urmiya və Təbrizdən yanğınsöndürən, xilasedici və təcili tibbi yardım maşınları göndərilib. İranın Qırmızı Aypara Cəmiyyəti evi dağılanlar üçün çadırlar qurur.

Zəlzələ Naxçıvan Muxtar Respublikasında, Ermənistanda və Türkiyənin İğdır vilayətində də hiss olunub.

 
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.