ELM VƏ TƏHSİL


Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Bakı, 5 oktyabr, AZƏRTAC

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, direktor vəzifəsini icra edən aqrar elmlər üzrə fəlsəfə doktoru dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini tanış edib.

Ə.Eyvazov Prezidentin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli Sərəncamının icrasından irəli gələn vəzifələrdən danışıb.

İnstitutun icraçı direktoru biologiya elmləri doktoru dosent Elşad Əhmədov “Qırmızı Kitab”ın III nəşrinin çapa hazırlıq mərhələsi barədə geniş məlumat verib. O, Azərbaycan Faunası Milli İnformasiya Sisteminin (onurğalılar) çapa təqdim olunmasından söhbət açaraq, yekun vəziyyəti şura üzvlərinin diqqətinə çatdırıb.

Zoologiya İnstitutunun elmi katibi biologiya üzrə fəlsəfə doktoru Sara Əliyeva isə 2022-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar barədə məruzə edib.

Təhsil şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Gülbəniz Nadirova magistratura, doktorantura və dissertanturaya qəbulun nəticələri barədə danışıb.

İclasın sonunda müxtəlif məsələlər ətrafında müzakirə aparılıb və müvafiq qərarlar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.