CƏMİYYƏT


TƏBİB-in şöbə müdiri: “Azərbaycan koronavirusa qarşı çox effektiv mübarizə aparıb”

Tbilisi, 6 oktyabr, AZƏRTAC

Tbilisidə keçirilən “COVID-19: Qazanılmış nəticələr” adlı beynəlxalq konfransda Azərbaycanın əldə etdiyi uğurlar müsbət qiymətləndirilib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) ixtisaslı tibbi yardımın təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva söyləyib.

Onun sözlərinə görə, konfransdan əvvəl seminarlar təşkil olunub və bu seminarlarda diaqnostika və nəzarət, biotəhlükəsizliyin idarə olunması, bu sahədə qanunvericilik, qazanılmış nəticələr, effektiv kommunikasiya qaydaları və ictimai səhiyyə ilə bağlı müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizdə koronavirus və digər infeksion xəstəliklərə qarşı mübarizə sahəsində əldə olunmuş nəticələr, ictimai səhiyyə və effektiv kommunikasiyalar barədə çıxış edib, təcrübə mübadiləsi aparıblar.

“Azərbaycanlı mütəxəssislərin məruzə və çıxışları maraqla qarşılanıb. COVID-19-la mübarizədə Azərbaycanın çox effektiv mübarizə apardığı, ötən dövrdə əldə etdiyi nəticələri müsbət qarşılanıb və yüksək qiymətləndirilib”, – deyə K.Ağayeva vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.