DÜNYA


Valentina Matviyenko Ukrayna parlamentinin nümayəndələrinə danışıqlar aparmağı təklif edib

Moskva, 6 oktyabr, AZƏRTAC

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ukrayna parlament nümayəndə heyətini danışıqlar masası arxasına dəvət edib.

AZƏRTAC xəbər verir ki, “Böyük iyirmilik” ölkələrinin parlament sədrlərinin Cakartada keçirilən 8-ci Sammitində iştirak edən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ukrayna parlamentinin nümayəndə heyətini danışıqlar aparmağa çağırıb. “Gəlin elə bu gün, parlament “iyirmiliyi” çərçivəsində danışıqlar masası arxasına oturaq, gəlin bir-birimizi anlamağa, razılığa gəlməyə çalışaq”, - deyə o bildirib.

Federasiya Şurasının sədri Rusiyanın ukraynadaxili böhranın nizama salınmasına dair danışıqlara hazır olduğunu və bu böhranın sülh yolu ilə siyasi vasitələrlə həllinə tərəfdar olduğunu qeyd edib.

Eyni zamanda, V.Matviyenko vurğulayıb ki, Rusiyanın tərkibinə daxil edilmiş ərazilər danışıqlar mövzusu ola bilməz.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.