İQTİSADİYYAT


Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət qrafikində dəyişiklik edilir

Bakı, 6 oktyabr, AZƏRTAC

Sumqayıt-Xırdalan-Bakı istiqamətində yaranmış sərnişin sıxlığının aradan qaldırılması məqsədilə oktyabrın 10-dan etibarən Bakı-Gəncə-Bakı marşrutu üzrə hərəkət edən saat 08:00 qatarı bir reysə istifadə edilməklə, saat 07:25-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə təyin olunur.

“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, bu səbəbdən Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət qrafikində dəyişiklik edilir və həmin tarixdən qatar Bakıdan saat 08:00 əvəzinə saat 08:45-də yola düşəcək. Qatarın Gəncədən Bakıya gəlmə saatı mövcud qrafik üzrə qalacaq.

Qeyd olunub ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Bu baxımdan sərnişin sıxlığını aradan qaldırmaq üçün qatarların hərəkət qrafikində dəyişiklik edilir və sərnişinlər bu barədə əlavə məlumatlandırılacaqlar.

Xatırladaq ki, 2022-ci il oktyabrın 6-da səhər saatlarında Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olan elektrik qatarının vaqonlarının birində havalandırma sistemində texniki nasazlıq baş verib və müəyyən fasilələr yaranıb. Mütəxəssislər baş vermiş texniki nasazlığı qısa müddətdə aradan qaldırmışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.