Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Zəfər Günü Batumi şəhərində təntənə ilə qeyd olunub

Tbilisi, 8 noyabr, AZƏRTAC

Azərbaycanın 8 Noyabr-Zəfər Günü bayramı Gürcüstanın Batumi şəhərində də təntənə ilə qeyd olunub. Azərbaycanın baş konsulluğunun təşkilatçılığı və dəstəyi ilə Zəfər Günü və “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Acarıstan Muxtar Respublikası səhiyyə nazirinin müavini Zurab Tenieaşvili, Türkiyə və İranın baş konsulları, Ukraynanın və Tacikistanın fəxri konsulları, Kulevi QDT-nin rəhbəri və əməkdaşları iştirak ediblər. Həmçinin tədbirə SOCAR-ın Acarıstan nümayəndəliyinin rəhbəri, “Əli və Nino” adına Gürcüstan-Azərbaycan Sosial Mədəni İnkişaf Mərkəzinin üzvləri, ölkəmizin və gürcü ictimaiyyətinin nümayəndələri, Batumidə yaşayan soydaşlarımız və KİV nümayəndələri təşrif buyurublar.

Tədbir iştirakçıları əvvəlcə 44 günlük Vətən müharibəsində şəhid olan hərbçilərimizin xatirəsini ehtiramla yad ediblər.

Batumi Dövlət Vokal Ansamblı Azərbaycanın və Gürcüstanın dövlət himnlərini canlı ifa edib.

Baş konsul Pərviz İsmayılzadə çıxış edərək, Zəfər Günü və “Şuşa İli” münasibətilə tədbir iştirakçılarını təbrik edib, hər iki əlamətdar bayramın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün Azərbaycan xalqı bu bayramları Şuşada və Cıdır düzündə qeyd edir.

Diplomat deyib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, eləcə də torpaqlarını azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-də Zəfər yürüşünə başladı. Rəşadətli Ordumuz 44 gün ərzində hərbi əməliyyatlar nəticəsində Azərbaycanın işğal altında olan Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Zəngilanı, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan qəsəbəsini, Xocalı və Laçın rayonlarının bir neçə kəndlərini işğaldan azad edib. Ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri düşmənlərdən təmizləyib.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən, Qarabağın tacı Şuşa şəhəri işğaldan azad olunub. Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə qızıl hərflərlə yazılıb.

Prezident İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2022-ci ili “Şuşa İli” elan edilib. Qarabağın tacı olan Şuşa şəhəri xalqımız üçün əziz məkandır. Şuşa hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Diqqətə çatdırılıb ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçib. Şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli Iiderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır.

İşğaldan azad olunan Şuşada quruculuq işləri geniş vüsət alıb. Dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və böyük müğənni Bülbülün ev-muzeyi bərpa edilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin heykəlinin, “Qarabağ” hotelinin və bir sıra tarixi məkanların və abidələrin açılışını ediblər.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad olunması müharibənin taleyində həlledici rol oynayıb. Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib.

Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, Azərbaycan heç bir itki vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri alıb. Bu ölkəmizin həm diplomatiya, həm də hərb sahəsində böyük uğurudur.

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılıb.

P.İsmayılzadə bildirib ki, cari il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Belə ki, Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirməyə cəhd edib. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə rəşadətli Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb və görüləcək.

Torpaqlarımızın azad olunması hər bir azərbaycanlının başını uca edib, qürurunu qaytarıb. Bizlərə bu anları yaşadan, bu gün zaldakı stendlərdə hər birinin rəsmi həkk olunmuş şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq. Qələbəmiz uğrunda canlarından keçmiş şəhid və qazilərimiz hər zaman ehtiramla anılacaq.

Tədbir baş konsulluğun nəzdində fəaliyyət göstərən “Bazar günü” məktəbinin şagirdlərinin çıxışları ilə davam etdirilib. Şagirdlər Zəfər Gününə həsr edilmiş şeirlər söyləyib, şəhid Xudayar Yusifzadənin ifasında məşhurlaşan “Xudayar təsnifi” (Vətən yaxşıdır) mahnısını ifa ediblər.

Rəsmi çıxışlardan sonra Zəfər Gününə həsr olunmuş “Zəfər meydanı” sənədli filmi nümayiş olunub.

Tədbirdə iştirakçılara bukletlər və digər materiallar təqdim olunub, qonaqlar Gürcüstan və Azərbaycan mətbəxinin ləziz yeməklərindən dadıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp fevralın 9-nu Amerika Körfəzi Günü elan edib

Almaniya Kansleri Olaf Şolts və Birlik partiyalarının namizədi Fridrix Merts teledebatda üz-üzə gəliblər

İspaniya La Liqası: “Sevilya”nı böyük hesabla məğlub edən “Barselona” liderlə xal fərqini azaldıb

Türkiyə Prezidentinin Asiya ölkələrinə səfəri başlayıb

Bundesliqa: Son iki sırada qərarlaşan komandaların görüşündə qalib müəyyənləşməyib

Azərbaycan güləşçiləri reytinq turnirinin son günündə 5 medal qazanıblar

Ukrayna ordusunda “Dron xətti” yaradılır

“Qış nağılı” Beynəlxalq Musiqi Festivalının səhnəsində “Eyforiya” ansamblının virtuoz musiqiçiləri çıxış ediblər

Etna vulkanı yenidən aktivləşib

Qəbələdə kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim olunub

Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb

Azərbaycanın karateçiləri Avropa çempionatından 3 medalla dönürlər

“Qalatasaray”ın oyunu mübahisəli penalti qərarına görə yarımçıq dayandırılıb

Türkiyə Superliqası: “Fənərbağça” səfərdə qalib gəlib

Misli Premyer Liqası: “Sabah” “Turan Tovuz”u məğlub edib

Zelenski: Müharibənin bu il başa çatması mümkündür

Ukrayna ordusu ayda 200 min dronla təmin olunur

Azərbaycanın çimərlik voleybolçuları Latviyada gümüş medal qazanıblar

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür

Şalva Papuaşvili: Hər bir radikal QHT-nin arxasında radikal donor dayanır

Yeniyetmə boksçular arasında ölkə birinciliyi başa çatıb

Misli Premyer Liqası: “Şamaxı” doğma meydanda “Sumqayıt”a qalib gəlib

Almaniya Kansleri Olaf Şolts və Birlik partiyalarının namizədi Fridrix Merts canlı teledebatda iştirak edəcəklər

Kreml Putin və Tramp arasında danışığın baş tutmasını nə təsdiq, nə də təkzib etdi

Türkiyə xarici tələbələrin sayını 500 minə çatdırmağı planlaşdırır

Elçin Xələfov: Hakimliyə 207 namizəd yazılı imtahanda iştirak edib

Yol-nəqliyyat hadisəsi Bakı-Sumqayıt şosesində sıxlığa səbəb olub

Egey bölgəsindəki seysmik aktivlik Türkiyəyə təsir edə bilər

Milyarder Klaus-Mixael Kühne Hamburqda opera binasının inşası üçün 330 milyon avro ayırıb

Qərbi Azərbaycan İcması: Bu, Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq provokasiyadır

Hakimliyə namizədlər üçün yazılı imtahan keçirilib

FHN: Xırdalanda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb

Sabah qar yağacaq, külək əsəcək - Proqnoz VİDEO

Maliyyə Nazirliyi: Türkiyədə inflyasiya səviyyəsi birrəqəmli göstəriciyə kimi enəcək

“Azərbaycan Atabəyləri” filmi Laçında nümayiş olunub

Texniki nasaz avtomobilin yolda qalması nəqliyyat sıxlığına səbəb olub

Astarada qəza baş verib, motosiklet sürücüsü ölüb

Azərbaycan boksçularından Serbiyada 6 medal

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dahi özbək şairi Əlişir Nəvainin abidəsi ziyarət edilib

Naxçıvanın muxtariyyəti - tarixi zərurət, tarixi nailiyyət

FHN: Yasamalda yaşayış binasında yanğın olub, 9 nəfər bina sakini təxliyə edilib

Rektor Aqil Şirinov: Din haqqında dindarın da öyrənməyə ehtiyacı var, ateistin də MÜSAHİBƏ

Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya Kubokunun qalibi olub

“Qış nağılı” Beynəlxalq Musiqi Festivalında möhtəşəm kamera musiqisi axşamı keçirilib

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA

FHN: Bakıda evdə yanğın olub, 2 nəfər xilas edilib

Misli Premyer Liqası: “Sumqayıt” “Şamaxı”, “Turan Tovuz” “Sabah” səfərində

Meksikada yol qəzasında 40 nəfər həlak olub

Karib regionunda sunami xəbərdarlığı ləğv edilib

25 illik tədqiqat başağrısı pozğunluqları ilə intihar riski arasındakı əlaqəni ortaya çıxarıb

Qərbi Afrika Ölkələri İqtisadi Birliyi 135 əməkdaşını işdən azad edib

“Total” şirkətinin mənfəəti azalıb

Yuxu həblərinin beyinə gözlənilməz təsiri müəyyən edilib - TƏDQİQAT

Rəssam: Təbiət kodlaşdırılmış sistemdir

Parisdə Azərbaycan bəstəkarlarının musiqisindən ibarət konsert olub VİDEO

ABŞ-ın ticarət kəsiri ciddi şəkildə artıb

“Real” - “Atletiko Madrid” görüşü heç-heçə ilə başa çatıb

KİV: Donald Trampın vergi islahatları Britaniyaya 18 milyard funt sterlinqə başa gələ bilər

Serbiya prezidentinin avtomobili qəza şəraiti ilə üzləşib

AQTA: Qoyun əti quzu əti ilə müqayisədə istehlak üçün daha faydalıdır

Donald Tramp Şahzadə Harrini deport etməyəcəyini açıqlayıb

Bundesliqa: “Borussiya Dortmund” evdə məğlub olub, “Bayer Leverkuzen” isə səfərdə xal itirib

Britaniyanın səhiyyə naziri vəzifəsindən azad edilib

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan güləşçiləri reytinq turnirində daha 2 medal qazanıblar

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 fevral 2025-ci il tarixli 39 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 fevral 2025-ci il tarixli 38 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 fevral tarixli iclas protokolunun  təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Türkiyə Superliqası: "Beşiktaş" Sivasdan qələbə ilə qayıdır

Şahmat üzrə Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli olub

Qəbələ festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb

Azərbaycan parataekvondoçusu Türkiyədə bürünc medal qazanıb

Donald Tramp Baydenin məxfi informasiyaya girişini məhdudlaşdırmaq istəyir

Fransada təxribat: Atatürkün bu ölkədəki tək büstü oğurlanıb

Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Dövlət Uşaq Filarmoniyası “Qırmızı Papaq” tamaşası ilə çıxış edib

Almaniyada radikal sağa qarşı etirazlar davam edir

“Min bir gecə” baleti yeni quruluşda Omanda təqdim edilib

Hacıqabulda zəlzələ baş verib

Astana ilə Aktau arasında: Gecikən jurnalistin qeydləri

FIFA azərbaycanlı futbolçunun şikayətini təmin edib, Türkiyə klubu təzminat ödəyəcək

Etibar İbrahimov: Şah dili brendinin formalaşmasına və məşhurlaşmasına nail olmuşuq

“Qarabağ Universitetinin Klinikası” azad edilmiş torpaqlarda yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsində mühüm rol oynayacaq – RƏY

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

"Neftçi" İngiltərə çempionunu transfer edib

BƏƏ Dünya Hökumətlər Sammitinə ev sahibliyinə hazırlaşır

Dmitri Sitkovetski: Azərbaycanda özümü evimdəki kimi hiss edirəm

Romada fermerlər traktorlarla etiraz aksiyası keçiriblər

Yeni texnologiya elektrik enerjisinin idarə olunmasında mühüm bir dövrün başlanğıcı ola bilər - TƏDQİQAT

Bu gündən Mingəçevir-Şuşa və əks istiqamətdə avtobus reysi fəaliyyətə başlayıb

Yeniyetmə voleybolçuların Azərbaycan birinciliyi keçirilir

Çexiyalı siyasətçi: Aİ tənqidi mövqeləri boğur, fərqli baxışları nifrətlə mübarizə adı altında məhdudlaşdırır

Abşeron Milli Parkına dəniz akvatoriyalı xüsusi mühafizə olunan təbiət ərazisi statusu verilməsi planlaşdırılır

Fərhad Bədəlbəyli: Bu soyuq qış günlərində musiqisevərlərə isti, xoş ovqat bəxş edəcəyik

Şuşa-Ağdərə-Kəlbəcər rayonlarının ərazisini əhatə edən yeni milli park yaradılacaq

Çexiyanın keçmiş Baş naziri: Avropa İttifaqı intihara bərabər siyasət yürüdür

ABŞ İsrailə 7,41 milyard dollar dəyərində hərbi məhsulların satışına icazə verib

“Ordu” İdman Klubu Basketbol Liqasında növbəti qələbəsini qazanıb