SİYASƏT


“Siyasi partiyalar haqqında” yeni Qanun siyasi partiyaların səmərəli fəaliyyətinə müsbət təsir göstərəcək

“Siyasi partiyalar haqqında” yeni Qanun siyasi partiyaların səmərəli fəaliyyətinə müsbət təsir göstərəcək

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycanda “Siyasi partiyalar haqqında” ilk Qanun 1992-ci ilin iyununda qəbul edilib. Lakin sonrakı illərdə mövcud Qanunda müəyyən dəyişikliklər olub. Eyni zamanda, bu Qanunda maddi-texniki baza kifayət qədər güclü olmadığı üçün çoxsaylı boşluqlar var idi. Lakin bildiyimiz kimi, o dövrdə AXCP-Müsavat cütlüyünün yarıtmaz siyasəti nəticəsində ölkədə hərc-mərclik hökm sürürdü. Həmçinin Azərbaycan ilə Ermənistan arasında müharibə getdiyi üçün siyasi mühit heç də ürəkaçan deyildi. Təbii ki, bu da dövlətin siyasi strukturlarına birbaşa təsir edirdi. Bütün bunlara baxmayaraq, ulu öndər Heydər Əliyev ölkədə siyasi sabitliyi təmin etməyi bacardı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə iki il əvvəl qazandığımız tarixi Zəfər ölkəmizi bütün sahələrdə yeni çağırışlarla üz-üzə qoydu. İstər Ordunun potensialının artırılması, istərsə də sosial-iqtisadi islahatlar müasir dövrümüzün əsas tələblərindəndir. Məhz ölkəmizdə siyasi partiyaların fəaliyyətini tənzimləyən “qocalmış” qanunvericilik bazasının yenilənməsi də bu çağırışlardan biridir.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanarkən artıq sayca 2-ci ictimai dinləmə keçirildi. Burada hədəf müxtəlif siyasi düşüncə sahiblərinin qanunun hazırlanmasında iştirakını və qanunun gələcəkdə ümumi maraqlara xidmət etməsini təmin etmək idi. İctimai dinləmələr zamanı qanun layihəsinə 66 dəyişiklik edilib. Maraqlı şəxslərin tanış olması üçün qanun layihəsi Milli Məclisin saytında da yerləşdirilib. Bu da müsbət bir tendensiyanın davamı kimi xarakterizə oluna bilər. Bununla bir növ qanun layihəsinin hazırlanmasında ictimai iştirakçılıq təmin edilir. Çünki şəffaflığın təmin olunması üçün vətəndaşlar da dövlətdə baş verən dəyişiklikləri yaxından izləməlidirlər. Bundan əlavə, keçirilən dinləmələrdə bütün siyasi proseslərdən yeni qanun layihəsinə dair təkliflər alındı, onların fikirləri və tövsiyələri diqqətdə saxlanıldı. Eyni zamanda, ölkə ictimaiyyətinin tanınan politoloqları, media nümayəndələri və QHT rəhbərləri ilə də dinləmələr keçirildi və təklifləri səsləndirildi”, - deyə N.Həsənov vurğulayıb.

N.Həsənov bildirib ki, qanun layihəsi hazırlanarkən 20-yə yaxın ölkənin təcrübəsi öyrənilib. Bundan əlavə, qanun layihəsi həm Azərbaycan Konstitusiyasına, həm də Avropa İnsan Hüquqları Konvensiyasına uyğun şəkildə hazırlanıb.

Yeni qanun layihəsində siyasi partiyalarla bağlı məsələlərin 6 fəsil və 30 maddə ilə tənzimlənməsi irəli sürülüb.

Qeyd edə bilərik ki, “Siyasi partiyalar haqqında” yeni Qanun yaxın gələcəkdə ölkəmizdə siyasi partiyaların səmərəli fəaliyyətinin qurulmasına müsbət təsir edəcək. Azərbaycanda daha sağlam siyasi mühitin formalaşmasına və partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz töhfəsini verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.