MƏDƏNİYYƏT


Mərkəzi İncəsənət Məktəbində “Uşaq hüquqları aylığı” ilə əlaqədar konsert-tədbir təşkil edilib

Bakı, 28 noyabr, AZƏRTAC

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində “Uşaq hüquqları aylığı” ilə əlaqədar konsert-tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konsertin təşkilatçısı, məktəbin nəzəriyyə şöbəsinin müəllimi Leyla Həsənova çıxış edərək Uşaq hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Ombudsman tərəfindən hər il olduğu kimi 2022-ci ildə də 20 oktyabr - 20 noyabr tarixlərinin “Uşaq hüquqları aylığı” elan edildiyini bildirib. Qeyd edilib ki, uşaqlara diqqət və qayğının göstərilməsi, onların hüquqlarının qorunması, maarifləndirilməsi və onlarla düzgün rəftar və davranış qaydalarına dair təşviqatın aparılması vacibdir. Tədbir zamanı uşaqlarla bağlı foto slaydlar təqdim olunub.

Sonra musiqi ocağının istedadlı şagirdləri tərəfindən maraqlı, rəngarəng nömrələr səsləndirilib.

Tədbirin sonunda Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru Əməkdar artist, dosent Əziz Qarayusifli şagirdlərə uğurlar arzulayıb. Qeyd edib ki, uşaqlar bizim gələcəyimizdir, onları qorumaq, xüsusi diqqət və sevgi göstərmək hamının borcudur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.