İDMAN


Futbol üzrə Azərbaycan Premyer Liqası: Bu gün iki oyun keçiriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqası: Bu gün iki oyun keçiriləcək

Bakı, 28 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün iki qarşılaşma keçiriləcək. Belə ki, əvvəlcə “Şamaxı” “Kəpəz”i qəbul edəcək. Şamaxı şəhər stadionunda saat 14:00-da başlayacaq qarşılaşmanı hakimlər Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov idarə edəcəklər.

Günün növbəti oyununda “Qarabağ” “Zirə” ilə görüşəcək. “Azersun Arena”da saat 19:00-da start götürəcək oyunun hakimləri Rauf Allahverdiyev, Rəhman İmami, Cəmil Quliyev, Əkbər Əhmədov olacaqlar.

Noyabrın 29-da “Turan Tovuz” – “Sabah”, “Sumqayıt” – “Qəbələ” matçları keçiriləcək.

Bundan əvvəl turun bir oyunu keçirilib (“Neftçi” – “Səbail” - 3:1).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.