İDMAN


Cəzaçəkmə müəssisələrində badminton turnirlərinin keçirilməsi davam edir

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan Badminton Federasiyası və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanan tədbirlər planına əsasən cari ilin sonunadək cəzaçəkmə müəssisələrində badminton turnirlərinin keçirilməsi davam edir.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ədalətli oyun prinsiplərindən irəli gələrək gender bərabərliyinin qorunması məqsədilə 4 saylı qadın cəzaçəkmə müəssisəsində “İdman həyatdır” şüarı altında badminton turniri keçirilib.

Tədbirdə fəxri qonaq qismində Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev də iştirak edib.

Turnirdə ilk üç yeri tutanlara diplomlar, cəzaçəkmə müəssisəsində məhkumların mütəmadi olaraq badminton idman növü ilə məşğul olmaları məqsədilə müxtəlif idman ləvazimatları və digər hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.