MƏDƏNİYYƏT


Əhməd Cavadın 130 illiyinə həsr olunan tədbir təşkil edilib

Əhməd Cavadın 130 illiyinə həsr olunan tədbir təşkil edilib

Bakı, 29 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci ilə birlikdə Əhməd Cavada həsr olunan tədbir keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şairin şah əsəri olan Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Vurğulanıb ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır.

Daha sonra Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edilib.

Bədii hissədə şagirdlər Əhməd Cavadın şeirlərini söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.