REGİONLAR


Lerikdə küçələr təmir olunur, parklar abadlaşdırılır

Lerik, 29 noyabr, İlkin Adıyev, AZƏRTAC

Lerik rayonu ərazisində küçə və parklar abadlaşdırılır, yeni infrastruktur yaradılır, yaşıllıqlar salınır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lerik sakinlərinin, həmçinin rayona gələn turistlərin məmnunluğunu və rahatlığını təmin etmək məqsədilə infrastruktur layihələri sırasında yolların təmiri, səki və meydanların yenidən qurulması əsas hədəflərdən biridir.

Rayonun Heydər Əliyev Meydanı, Milli Qəhrəman R.Abdullayev, şəhid Ə.Yaqublu, E.Səfərov, E.Əsədullayev adına olan küçələr əsaslı təmir edilir, abadlıq işləri görülür, həmçinin Hıramo kəndinə gedən yolda istinad divarları tikilir.

Qeyd edək ki, bu işlər vətəndaşlar tərəfindən qaldırılan problemlər, verilən təkliflər nəticəsində mərhələli şəkildə həyata keçirilir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.