REGİONLAR


Şamaxıda sahibkarlarla görüş keçirilib

Bakı, 29 noyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə regionlarda fəaliyyət göstərən sahibkarlar arasında istehlakçı hüquqlarının müdafiəsi sahəsində görüşlərin keçirilməsi davam etdirilir. Növbəti görüş Şamaxı şəhərində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla təşkil olunub.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə quruma ünvanlanan istehlakçı müraciətləri təhlil edilib, bununla bağlı müzakirələr aparılıb, bu sahədə qanunvericiliyin tələbləri barədə məlumat verilib, istehlakçı məmnuniyyəti və istehlakçı hüquqlarının təmin edilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Gəncə və Cəlilabad şəhərlərində Dövlət Xidməti ilə sahibkarlar arasında görüşlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.