İQTİSADİYYAT
Dövlət Neft Fondunun növbəti il üçün proqnozlaşdırılan gəlirləri açıqlanıb
Bakı, 29 noyabr, AZƏRTAC
Dövlət Neft Fondunun növbəti il üçün proqnozlaşdırılan gəlirləri cari ilin proqnozlaşdırılan gəlirlərindən təqribən 1,8 dəfə az nəzərdə tutulub.
AZƏRTAC Azərbaycan Respublikası Hesablama Palatasının rəyinə istinadən xəbər verir ki, Fərman layihəsinə əsasən Fondun büdcə gəlirləri 8 milyard 990,9 milyon manat həcmində proqnozlaşdırılıb. Bu da 2021-ci ilin müvafiq icra göstəricisindən 6 milyard 994,8 milyon manat və ya 43,8 faiz, 2022-ci ilin proqnozundan 6 milyard 798,2 milyon manat və ya 43,1 faiz, 2022-ci ilin gözlənilən icra göstəricisindən isə 6 milyard 137,7 milyon manat və ya 40,6 faiz azdır.
2023-cü il üçün Fondun büdcəsinin baza göstəricisi olan 1 barel neftin orta illik ixrac qiyməti növbəti il üçün 50 ABŞ dolları, qazın Avropa Hub qiyməti 1000 kubmetr üçün 788 ABŞ dolları (BP tərəfindən təqdim edilən məlumata əsasən), Azərbaycan manatının ABŞ dollarına qarşı orta illik məzənnəsi isə 1,7 səviyyəsində götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]