Saatlıda pərakəndə ticarət dövriyyəsi 15,3 faiz artıb
AzerTAg.az

Saatlı, 29 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Saatlıda 2022-сi ilin yanvar-sentyabr aylarında rayon üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 212 milyon 702,4 min manat olub ki, bunun da 132 milyon 74,4 min manatı və ya 6,2 faizi hüquqi şəxslərin, 199 milyon 428,0 min manatı və ya 93,8 faizi fiziki şəxslərin payına düşüb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28 milyon 242,5 min manat və ya 15,3 faiz artıb. Pərakəndə ticarət dövriyyəsinin 101 milyon 849,1 min manatı və yaxud 47,9 faizi ərzaq malları, içkilər və tütün məmulatlarının, 110 milyon 853,3 min manatı və yaxud 52,1 faizi qeyri-ərzaq mallarının payına düşüb. Pərakəndə ticarət dövriyyəsinin 212 milyon 672,0 min manatı və ya 99,9 faizini özəl sektor təşkil edib.
Xəbərin mətnində orfoqrafik səhv var