CƏMİYYƏT


Şəhid Vadim Qocayevin dünyaya gələn oğluna atasının arzusu ilə Zeyd adı verilib

Bakı, 29 noyabr, AZƏRTAC

2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar zamanı şəhid olan Vadim Qocayevin övladı dünyaya gəlib. Bu münasibətlə Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında şəhidin həyat yoldaşı və körpə ziyarət edilib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova körpənin dünyaya gəlməsi münasibətilə rayon rəhbərliyi adından ailə üzvlərinə təbriklərini çatdırıb, şəhid ailələri və qazilərin qayğılarının dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, şəhid Vadim Qocayevin anası və xanımı onlara göstərilən xüsusi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər və dünyaya gələn oğul övladına atasının arzusuna əsasən Zeyd adı qoyulduğunu söyləyiblər. Ana və uşaq hazırda özlərini yaxşı hiss edirlər. Vadimin ailəsində oğlundan başqa bir qız övladı da böyüyür.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə gizir Vadim Qocayev Vətən müharibəsi zamanı "İgidliyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə, 2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.