DÜNYA


Slovakiya Ukraynaya 30 ədəd BMP1 piyada döyüş maşını verib

Slovakiya Ukraynaya 30 ədəd BMP1 piyada döyüş maşını verib

Kiyev, 29 noyabr, AZƏRTAC

Slovakiyanın Müdafiə Nazirliyi BMP1 piyada döyüş maşınlarının Ukraynaya təhvil verildiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Slovakiyanın müdafiə naziri Yaroslav Nadya tviter səhifəsində Ukraynanın artıq 30 BMP1 piyada döyüş maşınını təhvil aldığını yazıb.

"Mən Almaniya ilə bağlanmış müqavilə əsasında Slovakiyanın 30 BMP1-nin Ukraynaya verildiyini təsdiqləməyə şadam”, - deyə müdafiə naziri əlavə edib.

Qeyd edək ki, BMP1 döyüşdə tanklarla birgə əməliyyatlar və şəxsi heyətin daşınması üçün nəzərdə tutulmuş piyada döyüş maşınıdır. Döyüş maşını ilk dəfə 1966-cı ildə SSRİ tərəfindən istehsal edilib. Əfqanıstandakı müharibədə və bir çox digər hərbi münaqişələrdə istifadə edilib. Sonradan BMP1-in bazasında BMP2-nin təkmilləşdirilmiş modelinin istehsalına başlanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.