MƏDƏNİYYƏT


Qobustan Milli Tarix-Bədii Qoruğu fəaliyyətinə görə beynəlxalq qoruqlar arasında ön sıradadır

Bakı, 29 noyabr, AZƏRTAC

Qobustan Milli Tarix-Bədii Qoruğu “Prehistoric Rock Art Trails” (PRAT-CARP) Avropa mədəni marşrutunun İspaniyanın Rodrigo şəhərində keçirilən 2022-ci il üzrə yekun hesabat iclasında təmsil olunub.

Qoruqdan AZƏRTAC-a bildirilib ki, bu qurumun elmi katibi Sabir Nəzirov, aparıcı elmi işçiləri Sevinc Şirinli və Nuranə Həsənli iclasda iştirak ediblər.

İclası giriş nitqi ilə “PRAT-CARP”ın İdarə Heyətinin prezidenti Germinal Peiro açaraq gündəlikdə duran əsas məsələlərdən, təşkilatın cari ildə gördüyü işlər, keçirdiyi tədbirlər və təşkilata üzv olan qoruq və muzeylərin fəaliyyəti barədə danışıb. Uğurlu fəaliyyət göstərən qoruqlar arasında Qobustan Milli Tarix-Bədii Qoruğunun adı ön sırada çəkilib.

8 ölkədən 56 nümayəndənin iştirakı ilə reallaşan iclasda qoruğun aparıcı elmi işçisi Sevinc Şirinli təqdimatla çıxış edib. Onun “Qobustan Milli Tarix-Bədii Qoruğunun post pandemiya dövrü fəaliyyəti, qoruqda görülən elmi tədqiqat layihələri, turizm və beynəlxalq əməkdaşlıq" mövzusunda çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda qoruğun nəşri olan "Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloq və "Qobustan dünyası" jurnalı iştirakçılara təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.