REGİONLAR
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Qəbələdə vətəndaşlarla görüşüb
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu davam edir. Növbəti qəbul noyabrın 29-da Qəbələ şəhərində keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.
Komitədən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstəsi qoyularaq xatirəsi ehtiramla yad edilib.
Qəbələ rayonunda yerləşən Mədəniyyət Mərkəzində keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilərək izahatlar verilib. Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq müraciətlərdən bəziləri yerində həllini tapıb, digərlərinin isə araşdırılaraq həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.