REGİONLAR
Qaxlı gənclərə “Yurdunu kəşf et və tanı!” layihəsi təqdim edilib
Qax, 30 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin ölkəmizin, eləcə də yaşadıqları rayonun tarixini dərindən öyrənmələri məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Qax nümayəndəliyi tərəfindən maraqlı layihələr həyata keçirilir. Onlardan biri də “Yurdunu kəşf et və tanı!” layihəsidir.
Nümayəndəliyin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihə çərçivəsində növbəti görüş Qax Peşə Liseyinin “Turizm işinin təşkili” və “Mehmanxana inzibatçısı” ixtisasları üzrə təhsil alan gənclərlə keçirilib. Görüş zamanı Qax rayon Tarix-Diyarşunaslıq Muzeyinin direktoru Mahir Əfəndi gənclərə rayonun tarixi, turizm cəhətdən əlverişli olan yerləri, rayon ərazisində yerləşən tarixi abidələr haqqında ətraflı məlumat verib.