DÜNYA


Ukrayna son bir ayda 3,8 milyard dollar beynəlxalq yardım alıb

Ukrayna son bir ayda 3,8 milyard dollar beynəlxalq yardım alıb

Kiyev, 1 dekabr, AZƏRTAC

2022-ci ilin noyabrında Ukrayna 151 milyard qrivna (3,8 milyard dollar) xarici maliyyə dəstəyi cəlb edib. Bunlar ödəniş tələb etməyən kredit və qrantlardan ibarətdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Maliyyə komitəsinin üzvü Yaroslav Jeleznyak teleqram səhifəsində yazıb.

"Bu göstərici rekord deyil, avqustda bu, 172 milyard qrivna idi, lakin ikinci yerdir", - deyə deputat qeyd edib.

Y.Jeleznyak xatırladıb ki, Ukrayna Milli Bankı 30 milyard qrivna çap edib. Müharibə istiqrazları büdcəyə daha 26,3 milyard qrivna gətirib.

Xatırladaq ki, Avropa Komissiyası Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində maliyyə yardımı paketi elan edib. Proqrama əsasən, Ukrayna büdcəni dəstəkləmək üçün hər ay 1,5 milyard avro alacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.