SİYASƏT


Ermənistan Azərbaycan ərazilərində minalar yerləşdirməyə davam edir

Ermənistan Azərbaycan ərazilərində minalar
yerləşdirməyə davam edir

Bakı, 1 dekabr, AZƏRTAC

Ermənistan Azərbaycan ərazilərində minalar yerləşdirməyə davam edir. Son zamanlar Azərbaycan ərazisində 350 mina aşkarlanıb. Onların hamısı 2021-ci ildə Ermənistanda istehsal olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Polşanın Lodz şəhərində keçirilən Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxışı zamanı bildirib.

Nazir deyib ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər bu əraziyə gələrək, həmin mina sahəsinə baxış keçiriblər.

“Ümumilikdə Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunan 2728 mina aşkar edilib. Bu minalar Laçın yolu ilə gətirilib. Bu, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu yoldan açıq-aşkar sui-istifadədir”, - deyə C.Bayramov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.