İDMAN


Yaponiya və İspaniya yığmalarının start heyətləri məlum olub

Yaponiya və İspaniya yığmalarının start heyətləri məlum olub

Bakı, 1 dekabr, AZƏRTAC

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının E qrupunda üçüncü tur çərçivəsində üz-üzə gələcək Yaponiya və İspaniya milli komandalarının start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Yaponiya millisinin start heyətində Şuiçi Qonda, Yuto Naqatomo, Maya Yoşida, Ko İtakura, Daiçi Kamada, Syoqo Taniquti, Ao Tanaka, Hidamesa Morita, Dzünyo İto, Daydzen Maeda və Takefuso Kubo yer alıblar.

İspaniya millisinin ilk “11-liy”ində isə meydana Unay Simon, Sesar Asplikueta, Rodri, Alexandro Balde, Pau Torres, Qavi, Serxio Busgets, Pedri, Dani Olmo, Alvaro Morata və Niko Uilyams çıxacaqlar.

“Xəlifə” stadionunda keçiriləcək matç Viktor Qomesə (CAR) həvalə olunub. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hesabında 4 xal olan İspaniya millisi qrupa liderlik edir. Yaponiya və Kosta-Rika milliləri 3 xalla ikinci-üçüncü pillədə yer alıblar. Almaniyanın aktivində isə 1 xal var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.