DÜNYA


Almaniya Ukrayna Silahlı Qüvvələrinə yeni yardım paketi təqdim edib

Almaniya Ukrayna Silahlı Qüvvələrinə yeni yardım paketi təqdim edib

Kiyev, 2 dekabr, AZƏRTAC

Almaniya Ukrayna Silahlı Qüvvələrinə yeni yardım paketi təqdim edib. Buraya yeddi “Gepard” zenit qurğusu da daxildir.

AZƏRTAC Ukrayna KİV-nə istinadla xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Almaniya tezliklə Ukraynaya yeni hərbi yardım paketinə, həmçinin 3 ədəd zirehli körpü salan maşın BIBER, 8 yerüstü dron, 12 sərhəd avtomobili, 4 min yataq çantası, 30 təcili yardım maşını daxildir.

Ukrayna, eləcə də “Mi-24” helikopterlərinin təmiri üçün lazım olan ehtiyat hissələri alacaq.

Avadanlığın bir hissəsi Bundesverin anbarlarından, digər hissəsi isə hökumətin modernləşdirmə təşəbbüsü ilə maliyyələşdirilən sənayedən tədarük ediləcək. Almaniya hökuməti təhlükəsizlik baxımından silahların çatdırılma üsulları və vaxtı barədə məlumatın verilməyəcəyini vurğulayıb.

 
Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.