REGİONLAR


Pakistanlı iş adamları sənaye zonalarına investisiya yatırmağa dəvət edilib

Pakistanlı iş adamları sənaye zonalarına investisiya yatırmağa dəvət edilib

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-də Sumqayıt Kimya Sənaye Parkında Pakistanın “Global Business Alliance”ın (GBA) sədri Muhammad Asif Noorun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarının təqdimatı göstərilib, investisiya imkanları barədə məlumat verilib.

Görüş çərçivəsində sənaye zonalarında birgə layihələrin həyata keçirilməsi, rezidentlər tərəfindən istehsal olunan məhsulların ixrac imkanlarına dair müzakirələr aparılıb və pakistanlı iş adamları sənaye zonalarına investisiya yatırmağa dəvət edilib.

Sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Kabel zavodunda gedən istehsal prosesi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.