ELM VƏ TƏHSİL


“Orion” kosmik gəmisi dekabrın 11-də Yerə qayıdacaq

“Orion” kosmik gəmisi dekabrın 11-də Yerə qayıdacaq

Bakı, 3 dekabr, AZƏRTAC

“Artemis I” Ay missiyası çərçivəsində orbitə göndərilmiş “Orion” kosmik gəmisi dekabrın 11-də Yerə qayıdacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) məlumat yayıb.

Məlumatda “Orion”un dekabrın 11-də San-Diyeqo yaxınlığında Sakit okeana enəcəyi bildirilir.

Noyabrın 16-da NASA “Artemis” proqramının birinci mərhələsi çərçivəsində “Orion” kosmik gəmisi ilə birlikdə “Space Launch System” ifrat ağır daşıyıcı raketi orbitə buraxıb. Proqramın ikinci mərhələsi (Artemis 2) göyərtəsində ekipajın olduğu “Orion” kosmik gəmisinin Ay üzərindən uçuşunu, üçüncü (Artemis 3) mərhələsi astronavtların Aya enişini və müntəzəm insan missiyalarını əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.