REGİONLAR


Qarabağda turizmin davamlı inkişafı: əsas hədəflər və Türkiyə təcrübəsi

Bakı, 3 dekabr, AZƏRTAC

Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan “Qarabağda turizmin davamlı inkişafı: mövcud potensial, əsas hədəflər və Türkiyə təcrübəsi” mövzusunda onlayn konfrans keçirilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, konfransda iki universitet arasında əməkdaşlığın qurulmasından ötən müddət ərzində həyata keçirilən fəaliyyətdən danışılıb. Qeyd edilib ki, bu işbirliyində Qarabağda turizmin inkişafı ilə bağlı birgə elmi tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılıb və ənənəyə çevrilib. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2022-ci il ölkəmizdə “Şuşa İli” kimi qeyd olunur və qardaş ölkələrin universitetlərinin belə əlamətdar tarixi dövrdə birgə konfrans keçirməklə yenidən bir araya gəlməsi sevindirici haldır.

Konfransda “Turizmdə davamlılıq və Türkiyənin davamlı turizm hədəfləri”, “Dünyada davamlı turizm modelləri və örnəkləri”, “Azərbaycanda turizmin davamlı inkişafı: strateji fəaliyyətlər və ana hədəflər” və “Qarabağ və Şərqi Zəngəzurun davamlı turizm potensialı: mövcud reallıqlar və perspektivlər” mövzusunda məruzələr dinlənilib. Məruzələrdə turizm sahəsində müşahidə olunan qlobal trendlər və tətbiq edilən qabaqcıl təcrübədən bəhs edilib. Eləcə də yeni turizm destinasiyası kimi Qarabağın mövcud potensialı nəzərdən keçirilib və təkliflər irəli sürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.