DÜNYA


Türkiyə təhlükəsizlik qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir

Türkiyə təhlükəsizlik qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir

Ankara, 3 dekabr, AZƏRTAC

Türkiyə təhlükəsizlik qüvvələri ölkə daxilində və dövlət sərhədi boyunca antiterror əməliyyatlarını davam etdirir.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Şırnak bölgəsində həyata keçirilən “Eren Abluka Sonbahar-Kış-15” antiterror əməliyyatı çərçivəsində terrorçulara növbəti dəfə ağır zərbə vurulub.

Bildirilir ki, pilotsuz uçuş aparatları da daxil olmaqla aviasiyanın dəstəyi ilə davam etdirilən bu əməliyyatda Qabar dağı ətrafında üç terrorçu zərərsizləşdirilib.

Bundan başqa, terror təşkilatlarının qanunsuz maliyyə qaynaqlarının kəsilməsi istiqamətində də mühüm tədbirlər görülür. Ən son məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün Hatay bölgəsində həyata keçirilən xüsusi əməliyyat nəticəsində 117 şübhəli şəxsdən 97-si həbs edilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.