REGİONLAR


Qəbələli gənclər “Siqaretə yox!” deyirlər

Qəbələ, 3 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Müasir dövrdə bəşəriyyətin ən qlobal problemlərindən biri, sağlamlığa geri dönüşü olmayan, bu gün əfsuslar olsun ki, gənclərin böyük bir qismini öz təsiri altına alan tütün məhsulları və onların törətdiyi bəlalar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Siqaretə yox deyək!” adlı maarifləndirmə tədbirinin əsas müzakirə mövzusu olub.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə çıxış edənlər tələbələri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyib və onları bu maarifləndirmə hərəkatının öncülləri olaraq görmək istədiklərini vurğulayıblar. Qeyd olunub ki, bu zərərli vərdişə insanlar adətən gənc yaşlarında başlayır və əksər hallarda ondan bir daha xilas ola bilmirlər. Hər bir gənc, ilk növbədə, ətrafından başlayaraq tütün məhsullarından istifadəyə qarşı mübarizə aparmalıdır.

Çıxışlarda siqaretin zərərli təsirlərindən danışılıb, gənclər arasında siqaretdən istifadə hallarının artmasının ciddi narahat doğurduğu xüsusi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.