İDMAN


Mərakeş millisi İspaniyaya, Portuqaliya İsveçrəyə qarşı

Mərakeş millisi İspaniyaya, Portuqaliya İsveçrəyə qarşı

Bakı, 6 dekabr, AZƏRTAC

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının pley-off mərhələsinə bu gün yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, günün ilk matçında Mərakeş millisi İspaniya ilə üz-üzə gələcək. Argentinadan olan FIFA referisi Fernando Rapallini idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Günün sonuncu qarşılaşmasında isə Portuqaliya seçməsi İsveçrə millisi ilə qarşılaşacaq. Oyunun baş hakimi meksikalı Sesar Arturo Ramos olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu cütlərin qalibi dörddəbir finalda bir-birinə rəqib olacaq.

Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin üç cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə isə Fransa, Xorvatiya seçməsi isə Braziliya ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.