İDMAN


Cənubi Koreya millisinin baş məşqçisi istefa verib

Cənubi Koreya millisinin baş məşqçisi istefa verib

Bakı, 6 dekabr, AZƏRTAC

Cənubi Koreya millisinin baş məşqçisi Paulo Bento istefa verdiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi bu barədə Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Braziliya millisinə məğlubiyyətdən (1:4) sonra qərara gəlib.

“Gələcək haqqında düşünməliyik və bu, Koreya millisinin oyunçuları ilə bağlı olmayacaq. Mən bunu futbolçulara və Cənubi Koreya Federasiyasının prezidentinə bildirdim. Bu qərar hələ sentyabr ayında qəbul edilib. Oyunçulara etdiklərinə görə təşəkkür etməliyəm. Onlar bütün güclərini qoydular və mən onların məşqçisi olduğum üçün şadam və fəxr edirəm”, - deyə P.Bento bildirib.

Qeyd edək ki, Paulo Bento 2018-ci ildən Koreya millisinə rəhbərlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.