ELM VƏ TƏHSİL


“Dövlət İqtisad Universitetlərinin Birliyi”nin təsis edilməsi barədə razılıq əldə olunub

“Dövlət İqtisad Universitetlərinin Birliyi”nin təsis edilməsi barədə razılıq əldə olunub

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarəolunması departamentinin direktoru professor Zahid Məmmədov Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Avrasiya iqtisadi perspektivi” beynəlxalq forumunda iştirak edib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, hər il təşkil olunan forumun məqsədi Avrasiya iqtisadi inteqrasiyası çərçivəsində parlamentlərarası, təhsil, elm və digər sahələr üzrə əməkdaşlığı inkişaf etdirməkdir.

Rusiya Dövlət Duması adından Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetinin təşkilati və elmi dəstəyi ilə keçirilən forumun plenar iclasında UNEC professoru “Avrasiya humanitar əməkdaşlığı: Təhsil, elm və mədəniyyət” mövzusunda çıxış edib. Tədbirdə universitetlərin təhsil və elm sahəsində, xüsusilə də Avrasiya Universitetlər Assosiasiyasına (UNEC daxil olur) üzv olan universitetlər arasında elmi əlaqələrinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və gələcək elmi əməkdaşlıq planları müzakirə olunub.

Forum çərçivəsində professor Zahid Məmmədov aparıcı universitetlərin rəhbərləri ilə görüşdə birgə elmi platformalar və nəşrlərlə bağlı əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşdə UNEC-in təşkilati dəstəyi ilə “Dövlət İqtisad Universitetlərinin Birliyi” cəmiyyətinin təsis edilməsi barədə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.