DÜNYA


Birləşmiş Ərəb Əmirlikləri və İsrail prezidentləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

Birləşmiş Ərəb Əmirlikləri və İsrail prezidentləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

Qahirə, 6 dekabr, AZƏRTAC

Əbu-Dabi Kosmik Forumunda iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan İsrail Prezidenti İsaak Herzoqun BƏƏ lideri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündə ikitərəfli əməkdaşlıq, həmçinin Yaxın Şərqdə sülh və təhlükəsizlik məsələləri müzakirə olunub.

AZƏRTAC WAM agentliyinə istinadla xəbər verir ki, İsrail Prezidenti iki il əvvəl Körfəzin ərəb ölkələri, o cümlədən BƏƏ ilə münasibətlərin normallaşmasını regional inkişafa və təhlükəsizliyə töhfə kimi səciyyələndirib. O əlavə edib ki, artıq Təl-Əvivlə bu ölkələr arasında sıx iqtisadi-ticari, elmi və texnoloji əməkdaşlıq mövcuddur.

Tərəflər kosmos sahəsində də əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. BƏƏ-nin Prezidenti öz ölkəsinin Mars və Ay kosmik missiyaları haqqında məlumat verib, gələcəkdə bu sahədə İsraillə birgə layihələrin həyata keçirilə biləcəyini qeyd edib.

İsrail Prezidenti BƏƏ-dən əvvəl Bəhreyn Krallığında səfərdə olub, Manamada ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə edib.

 
Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.