MƏDƏNİYYƏT


“Üç muşketyor: D'Artanyan” adlı yeni filmin treyleri yayımlanıb

“Üç muşketyor: D'Artanyan” adlı yeni filmin treyleri yayımlanıb

Bakı, 6 dekabr, AZƏRTAC

Aleksandr Dümanın vətənində lentə alınan “Üç muşketyor” əsərinin eyniadlı yeni filminin treylerinin premyerası olub.

AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, "Üç muşketyor: D'Artanyan" filminin istehsal büdcəsinin 70 milyon avro təşkil etdiyi vurğulanıb.

Məşhur Hollivud filmlərində olduğu kimi, bu layihə də fransız kinosunun ən məşhur aktyorlarını bir araya gətirib. Ekran əsərində əsas rolları Fransua Sivil, Romen Duris və Pio Marmay canlandırıblar. Filmdə həmçinin Miledi və Athos rollarını məşhur fransız aktyorları Yeva Qrin və Vensan Kassel oynayıblar.

Qeyd edək ki, partlayışlar, qılınc duelləri, at çapmaları və təqiblər yeni ekran əsərinin hərəkətli və pirotexniki effektlərlə zəngin olacağını vəd edir. Çəkilişlər 27 həftə davam edib və iki çəkiliş heyətinin eyni vaxtda real dekorasiyalarla işləməsi tələb olunub.

"Üç muşketyor: D'Artanyan" filminin treylerini https://www.kinonews.ru/movie_337525/les-trois-mousquetaires-dartagnan səhifəsində izləmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.