ELM VƏ TƏHSİL


Zal nəzarətçisi sertifikatı əldə etmək üçün müsahibədə 1670 nəfər uğur qazanıb

Zal nəzarətçisi sertifikatı əldə etmək üçün müsahibədə 1670 nəfər uğur qazanıb

Bakı, 6 dekabr, AZƏRTAC

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün müsahibə və ilkin test imtahanı mərhələləri davam edir.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, müsahibələr DİM-in Bakıda yerləşən inzibati binasında və rayonlarda olan regional bölmələrində mərkəzin məsul əməkdaşları tərəfindən aparılır. Qeydiyyatdan keçmiş 2785 namizəddən bu günə qədər 1872 nəfəri müsahibədə iştirak edib və onlardan 1670-i uğurlu nəticə əldə edərək növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Müsahibədən məqbul alan namizədlər psixometriya və ümumi intellekt səviyyəsinin yoxlanılması üçün test imtahanına növbəli şəkildə dəvət edilirlər.

Müəyyən olunmuş qrafikə uyğun olaraq bu günə qədər ilkin test imtahanına 571 namizəd dəvət edilib. Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahan 1 saat davam edir və namizədlər imtahandan dərhal sonra nəticələri ilə tanış olurlar. Bu imtahan namizədlərdə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatı müqayisə etmə və ümumiləşdirmə, vizual məlumatı təhlil etmə, eləcə də riyazi təfəkkürün inkişaf səviyyəsini qiymətləndirməyə kömək edir.

Psixometrik test imtahanının müddəti isə 35 dəqiqədir. Bu imtahanda namizədlərin stressə qarşı emosional davamlılığı, özünütənqid və sosial idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərar vermə bacarığı yoxlanılır.

Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahanda minimum 40 faiz nəticə göstərən və psixometrik testlərin nəticəsi məqbul olan namizədlərə təlimlərdə iştirak etməklə bağlı bildiriş göndərilir.

Xatırladaq ki, zal nəzarətçisi sertifikatı əldə etmək üçün qeydiyyata oktyabrdan başlanılıb və ümumi prosesin fevral ayında yekunlaşdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.