Baş Prokurorluq İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələri genişləndirir
AzerTAg.az

Bakı, 6 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan orqanlarının vəzifəli şəxslərinin iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ikigünlük iclasda İƏT-ə üzv dövlətlərin cari il dekabrın 20-21-də keçiriləcək konfransı və nazirlər səviyyəsində qəbul edəcək korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Məkkə Konvensiyasının layihəsi müzakirə olunaraq yekun mətni razılaşdırılıb.
Tədbirdə Baş Prokurorluğu təmsil edən Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış qanunvericilik və institusional islahatlardan, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakların geri qaytarılması sahəsində görülmüş işlərdən danışaraq, ölkəmizin prokurorluq orqanları tərəfindən bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb.
Xəbərin mətnində orfoqrafik səhv var