ELM VƏ TƏHSİL


Nazirlər STEAM festivalında “İnnovativ layihələr” sərgisi ilə tanış olublar

Bakı, 6 dekabr, AZƏRTAC

Elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakı Ekspo Mərkəzində olublar.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qonaqlar Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2022) çərçivəsində keçirilən yarışların gedişatı ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar.

Festival çərçivəsində təşkil edilən “İnnovativ layihələr” sərgisi barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, beynəlxalq festivalda ümumilikdə 350 komanda üzrə 1312 nəfər iştirak edir. Onlardan 127-si 7 xarici ölkəni təmsil edir.

Xatırladaq ki, festival dekabrın 9-dək davam edəcək. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.