DÜNYA


Pakistan Rusiyadan 450 min ton buğda alacaq

Pakistan Rusiyadan 450 min ton buğda alacaq

Bakı, 6 dekabr, AZƏRTAC

Pakistan hökuməti yanında fəaliyyət göstərən iqtisadi əlaqələndirmə komitəsi milli ticarət korporasiyasının Rusiyadan 450 min ton buğda almasına razılıq verib.

AZƏRTAC Pakistanın “Doon” qəzetinə istinadla xəbər verir ki, qərar komitənin maliyyə naziri İshaq Darın sədrliyi ilə keçirilən iclasında qəbul edilib. Taxılı Rusiyanın beynəlxalq sanksiyalar altında olmayan xarici ticarət birliyi tədarük edəcək. Pakistan buğdanın hər tonu üçün 372 dollar ödəyəcək. Tədarüklər 2023-cü il fevralın 1-dən martın 31-dək həyata keçiriləcək.

Bu sövdələşmə Rusiyadan Pakistana taxıl ixracının ümumi həcmini 750 min tona çatdıracaq. Müqavilə, həmçinin Rusiyanı Pakistanın ən böyük buğda tədarükçüsü edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.